Samir Abbasov: “Zirə” bizdən üstün və yaxşı idi

“Neftçi” premyer liqanın 21-ci turunda öz meydanında “Zirə” ilə 11: oynayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov bunu deyib:

“Millinin oyunlarında sonra həmişə belə duruma düşürük. Buna əlac tapmalıyıq. Əfsuslar olsun ki, öz komandam adına maraqlı bir şey deyə bilmərəm. “Zirə” bizdən üstün və yaxşı idi. Biz isə öz növbəmizdə heç nə göstərə bilmədik. Ayrı-ayrılıqda futbolçular da bir şey göstərə bilmədi. 

Özümüz nəsə etməliyik ki, danışa bilək. Rəşad Sadıqov məndən daha çox danışa bilər. Çünki onun komandası daha yaxşı idi. Bu gün meydanda ancaq “Zirə” klubu vardı”.

Həmin kateqoriyadan