Serbiya millisində qalmaqal: Vlahoviçin komandanın qapıçısının arvadı ilə gizli eşq yaşadığı aşkarlanıb

Serbiya millisinin üzvü Duşan Vlahoviç şok iddialarla gündəmə gəlib. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı forvardın komandanın ehtiyat qapıçısı Predraq Raykoviçin həyat yoldaşı Ana Raykoviçlə münasibətdə olduğu aşkarlanıb.

Bu səbəbdən də o, DÇ-2022-nin qrup mərhələsinin ilk 2 turunda Braziliya (0:2) və Kamerunla (3:3) matçlarda start heyətdə meydana çıxmaq fürsəti qazanmayıb. “Yuventus”un 22 yaşlı hücumçusu Braziliya ilə matçın son 24 dəqiqəsində oynayıb, Kamerunla görüşü isə ehtiyatdan izləyib.

Serbiya millisi DÇ-2022-nin qrup mərhələsinin son turunda dekabrın 2-si İsveçrə ilə qarşılaşacaq.

Həmin kateqoriyadan