- Baxış sayı: 48
- 26 İyun 2026 23:23
- Baxış sayı: 102
- İyun 26, 2026
- 0

Bosniya və hersoqovinalı veteran futbolçu Nikola Yokişiç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl açıqlama verib. Allsport.az “Mondo” nəşrinə istinadla xəbər verir ki, 1991 – 1992-ci illərdə Serbiya “Voyvodina”sının formasını geyinmiş 50 yaşlı sabiq hücumçu bildirib ki, milli üzvləri bu nəticədən sonra arxayınlaşıblar:
“Dörd fantastik qol və hər iki qapı qarşısında onlarla təhlükəli vəziyyət izlədik. Bir oyundan başqa nə gözləyə bilərik? Yığmanın çıxışından məmnunam. Qəribə səslənə bilər. Amma mənim üçün Portuqaliya ilə 2:2 hesablı heç-heçə ideal nəticədir.
Komanda Bakıya rahat yollanıb. Amma inanıram ki, futbolçular tam olaraq sabahkı matça kökləniblər. Onlar Azərbaycan millisinə qarşı da ilk dəqiqədən final fitinədək intizamlı və məsuliyyətli oynayacaqlar”.