“Sevinirəm ki, 10 günə komandada dəyişiklik edə bilmişəm”

“Azarkeşləri qələbə ilə sevindirə bilmədiyimizə görə məyusam. Amma sevinirəm ki, 10 gün ərzində komandada dəyişiklik edə bilmişəm. İlk gündən hücum futbolu oynatmaq istəmişəm. Bu gün də bunun şahidi olduq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev premyer liqanın 25-ci turunda “Səbail” ilə oyundan sonra mətbuat konfransında deyib. O, qolsuz başa çatan matçı belə şərh edib:

“Qol vura bilmədiyimizə görə məyus oluram. Bəxtimiz gətirmədi. Ardıcıl acı məğlubiyyətlərdən sonra komandada ruh düşkünlüyü var idi. İlk gündən futbolçularla söhbət edirdim ki, bunu unudaq, növbəti oyunlara baxmaq lazımdır.

Futbolçularıma təşəkkür edirəm. Çətin psixoloji durumdan tamamilə çıxdılar. Gələcək matçlarda bundan da yaxşı oyun gözləyirəm”.

Həmin kateqoriyadan