- Baxış sayı: 11
- 23 Mart 2025 18:41
- Baxış sayı: 50
- Mart 20, 2025
- 0
“Kəpəz” Azərbaycan premyer liqasında ardıcıl ikinci ev oyununda 3 və ya daha çox qol vurub.
Allsport.az xəbər verir ki, XIX turda “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gələn Gəncə klubu XXI turda “Sabah”a qarşı məhsuldarlıq nümayiş etdirib – 3:2.
“Kəpəz” son 12 mövsümdə ilk dəfə ardıcıl iki dəfə qonaqların qapısına minimum 3 top vurub. Qərblilər sonuncu dəfə 2011/12 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
“Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-98-ci illərdə qeydə alınıb.