“Stankoviçin “Spartak”ını çox bəyənirdim”

“Krasnodar”ın baş məşqçisi Murad Musayev, Xuan Karlos Karsedonun “Spartak”da işini yüksək qiymətləndirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 26-cı turunda “öküzlər” səfərdə “qırmızı-ağlar”a 2-1 qalib gəlib.

“Stankoviçin “Spartak”ını çox bəyənirdim. O, tez-tez sxem dəyişirdi və ona qarşı oynamaq həmişə maraqlı idi. Bu qış gələn yeni məşqçi də cəsarətlə oynayır. Onların 4-1-4-1 sxeminin bəzən 3-2-5 sxeminə çevrildiyi “Əhməd”ə qarşı olduğu kimi, hibrid sxemdən istifadə edəcəklərini gözləyirdik, amma bu gün bir az daha klassik sxemlə meydana çıxdılar. “Spartak”a hazırlaşmaq maraqlı idi”, – “Sabah”ın keçmiş çalışdırıcısı deyib.

Həmin kateqoriyadan