- Baxış sayı: 51
- 24 Aprel 2026 22:22
- Baxış sayı: 154
- Aprel 24, 2026
- 0

Fransa millisi ilə dünya və Avropa çempionu olmuş Emmanuel Peti, “Komo”nun baş məşqçisi Sesk Fabreqasın namizəd kimi nəzərdən keçən “Çelsi”ni çalışdırmaması lazım olduğunu bildirib.
Allsport.az saytı xəbər verir ki, bu həftə Enso Mareskanın gedişindən sonra, yanvar ayında “Çelsi”nin meneceri vəzifəsinə başlayan Liam Rosenyor baş məşqçi vəzifəsindən istefa verib.
“Fabreqas “Çelsi”də? Xeyr, xeyr, xeyr. Əgər “Çelsi” ilə “Barselona” arasında seçim etməlisənsə, “Çelsi”yə yox, “Barselona”ya getməlisən. “Çelsi” xaos içindədir. Sadəcə xaos.”
Düzünü desəm, bu, məşqçilər üçün də, oyunçular üçün də kabusdur. “Barselona”da da təzyiq var, amma orada hələ daha sakitdir”, – “zadəganlar”ın keçmiş futbolçusu deyib.