- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Premyer liqanın 22-ci turunun 4 oyunundan üçündə heç-heçə qeydə alınıb. Allsport.az xəbər verir ki, yalnız “Qarabağ”la “Sumqayıt” arasındakı matçda (3:1) qalib müəyyənləşib.
“Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə 4 qol vurulub – 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır.
Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal 11-ci turda gerçəkləşmişdi.