“Son anda təyyarəyə minməkdən imtina etdim”

“Transfer pəncərəsi zamanı heç bir qapını bağlamadım. Belçikada əlaqələrim var, amma çox azdır. İyunadək Rumıniyada müqavilə imzalamalı idim. Son anda təyyarəyə minməkdən imtina etdim”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Zirə”nin belçikalı futbolçusu Loris Broqno deyib. 29 yaşlı yarımmüdafiəçi “qartallar”a keçməklə, həm özü, həm də ailəsi üçün doğru seçim etdiyini bildirib:

“Avropa çempionatı zamanı transfer bazarında aktivlik olmur. Həqiqətən iyulun ortalarına qədər sakitlik idi. Sonra təkliflərim olsa da, səbrli davrandım. Özüm, həyat yoldaşım və 2 övladım üçün doğru olanı seçmək istəyirdim”.

“Zirə” Loris Broqno ilə 2-illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan