“Son dəqiqələrdə qol buraxmaq hər zaman üzücüdür”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqasının 21-ci turunda “Qarabağ”la ev oyununu dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, 1:1 bitən görüşdən razı qalıb:

“Çalışdıq ki, milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən səmərəli istifadə edək. Yığmalarda çıxış edən futbolçular hazırlığımıza gec qoşuldular. Oyundan öncə komandada qalib ruhu var idi.

Futbolçular qalib gələcəyimizə inanırdılar. Hər bir oyunda futbolçuları ilk növbədə psixoloji hazırlamağa çalışırıq. Son dəqiqələrdə qol buraxmaq hər zaman üzücüdür, amma futbolçuların oyundan qopmaması məni sevindirdi”.

Həmin kateqoriyadan