“Son dəqiqələrdə səhvə yol verdik”

“Zirə” premyer liqanın 23-cü turunda evdə “Səbail”ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, meydan sahibinin baş məşqçisi Rəşad Sadıqov görüşdən sonra bunu söyləyib:

“Yaxşı komandaya qarşı oynadıq. Meydanda da bu göründü. İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik ki, sonluq daha rahat olsun.

Qol imkanlarımız var idi. “Səbail” elə komandadır ki, hesab böyük olanda da mübarizə aparır. Nə lazımdırsa, onu etməyə çalışdıq. Oyun nəzarətimizdə idi. Son dəqiqələrdə səhvə yol verdik. Ümumən, yaxşı oyunlarımızdan birini keçirdik”

Həmin kateqoriyadan