“Sona qədər öndə pressinq etmək asan deyil”

“Şamaxı” premyer liqanın 22-ci turunda səfərdə “Neftçi”yə 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov bunu söyləyib:

“Şamaxıda ilk oyunumuz idi. Yaxşı nəticə əldə edib, azarkeşlərimizi sevindirmək istəyirdik. Son çempiona qarşı oynayırdıq. Matçın çətin keçəcəyini bilirdik. Yaxşı qurulmuş komandaya qarşı oynayırdıq. İstədiyimiz futbolu oynamağa çalışdıq.

İlk hissədə bu daha çox nəzərə çarpdı, qol da vurduq. Sona qədər öndə pressinq etmək asan deyil. Fasilədən sonra plan dəyişikliyi oldu. Futbolçular sona qədər mübarizə apardılar. “Neftçi”nin usta oyunçuları oyunun taleyini həll etdi. Bu azarkeşlərin qarşısında məğlub olmaq təsiredicidir. Gələcəkdə onları sevindirməyə çalışacağıq”.

Həmin kateqoriyadan