“Sumqayıt” 2 itki ilə hazırlaşıb

Premyer liqanın 20-ci turunda “Neftçi”ni qəbul edəcək “Sumqayıt” artıq bu oyuna hazırlığı başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda “Dalğa arena”nın ehtiyat meydançasında son məşqini keçirib. 

Zədəli olan Şəhriyar Əliyev və Əmir Ağayev məşqdə iştirak etməyib. Adı 2-ci çəkilən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

1 saat davam edən məşqdə əsasən müxtəlif toplu çalışmalar edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub. Martın 10-da “Sumqayıt” – “Neftçi” görüşü saat 16:30-da start götürəcək.

Həmin kateqoriyadan