- Baxış sayı: 40
- 22 İyun 2026 17:20
- Baxış sayı: 31
- İyun 22, 2026
- 0

“Sumqayıt” premyer liqada 2022-ci ildə ilk qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” buna 26-cı turda evdə “Şamaxı”ya 2:0 hesabı ilə qalib gələrək nail olublar. Beləliklə, “kimyagərlər” həm cari ildə, həm də Aleksey Baqanın rəhbərliyi ilə ilk qələbəsini qazanıb.
Bundan başqa, komanda 15 turdan sonra ilk dəfə meydanı qalib tərk edib. “Sumqayıt” bundan əvvəl sonuncu dəfə 9-cu turda ötən il oktyabrın 31-i keçirilən görüşdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlmişdi.