“Sumqayıt” ilə “Pizza İnn” arasında əməkdaşlıq

“Sumqayıt” futbol klubu ilə “Pizza İnn” şirkəti arasında 1-illik əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, bu müddət ərzində qarşı tərəf “kimyaçılar”ı qida məhsulları ilə təmin edəcək.

Bunun qarşılığında isə ev oyunlarımızın keçirildiyi “Kapital bank arena”da şirkətin tanınma nişanının olduğu bannerlər yer alacaq və klubun rəsmi sosial şəbəkə paylaşımlarındakı sponsorların arasında “Pizza İnn”in tanınma nişanı öz yerini tapacaq.

Bundan başqa, şirkətlə birlikdə azarkeşlərimiz üçün müxtəlif kampaniyalar keçiriləcək.

Həmin kateqoriyadan