“Sumqayıt”da əcnəbi futbolçuların transferinə icazə verildi

“Sumqayıt” klubunun müşahidə şurasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, müşahidə şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib.

Rəhbərlik baş məşqçi Aleksey Baqaya dəstəyini nümayiş etdirib və növbəti mövsümdə ona və komandasına uğurlar arzu edib. Həmçinin, növbəti mövsümdən etibarən “Sumqayıt” klubunda əcnəbi futbolçuların çıxışına razılıq verilib.

İclasın sonunda bəzi məsələlərlə bağlı müxtəlif tapşırıq və tövsiyyələr verilib. Sonra müşahidə şurasının üzvləri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gedən yenidənqurma işləri ilə tanış olublar.

Həmin kateqoriyadan