“Sumqayıt”dan dövrünün ən uğurlu startı

“Sumqayıt” tarixinin ən uğurlu startına nail olub. Allsport.az saytı xəbər verir ki, İlk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun komandası, bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib. Premyer liqada 2011-ci ildə debüt edən “Gənclik şəhəri” təmsilçisi, əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb.

2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.

Son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, birində uduzub.

Həmin kateqoriyadan