“Kimyaçılar”ın planında dəyişiklik

Yeni mövsümə hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yollanan “Sumqayıt” planında dəyişiklik olub.

Allsport.az saytı xəbər verir ki, meydançaların yaxşı vəziyyətdə olmaması ilə əlaqədar, “kimyaçılar” toplanışını Boluda deyil, Anqaranın Qızılcahamam bölgəsində keçirəcək.

Orada “Çam” mehmanxanasında məskunlaşan Aleksey Baqanın komandası plana əsasən ötən günü 2 məşqlə başa vurub.

Həmin kateqoriyadan