- Baxış sayı: 39
- 22 İyun 2026 20:27
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

“Sumqayıt” premyer liqanın 3-cü turunda qarşılaşacağı “Səbail”lə ümumilikdə 14 dəfə üz-üzə gəlib.
Allsport.az xəbər verir ki, ilk qarşılaşmada rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən Sumqayıt təmsilçisi bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub. 14 görüşdə qeydə alınan ümumi top fərqi 15:12 olaraq, “Sumqayıt”ın xeyrinədir.
Komandanın “Səbail”lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla hücumçular Əli Qurbani və Murad Xaçayev izləyir.