Tələbələrə Sumqayıtda infotur təşkil edildi

Azərbaycan idman akademiyasının “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə istehsalat təcrübəsi keçən tələbələri üçün milli paralimpiya komitəsi tərəfindən əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstərən sosial xidmətlər agentliyinin Sumqayıt paralimpiya idman kompleksinə infotur təşkil edilib.

Allsport.az xəbər verir ki, tələbələr kompleksdə yaradılmış şərait ilə yaxından tanış olub, paralimpiyaçıların məşq prosesi və gündəlik fəaliyyətləri barədə məlumat alıblar.

İnfotur zamanı, həmçinin paralimpiyaçıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlər, asudə vaxtlarının səmərəli təşkili barədə də geniş məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Həmin kateqoriyadan