Tanınmış jurnalist Məzahir Süleymanzadə dünyasını dəyişib

AFFA və “Neftçi”nin keçmiş mətbuat xidmətinin rəhbəri Məzahir Süleymanzadə vəfat edib. Allsport.az saytı xəbər verir ki, “Fəxri bədən tərbiyəsi və idman işçisi” 69 yaşında dünyasını dəyişib.

O, 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edib. Çoxsaylı kitablar müəllifidir. Həmkarımız 1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatlarına layiq görülüb.

1989-cu ildə Azərbaycan SSR ali sovetinin Fəxri fərmanı ilə təltif olunub. O, 2005-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Həmin kateqoriyadan