“Texniki və fiziki cəhətdən bizdən hazırlıqlı idilər”

“Spartak”ın futbolçusu Mixail İqnatov “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib. Allsport.az xəbər verir ki, yarımmüdafiəçi 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Oyun çətin keçdi. Hələ yeni formaya düşürük. “Neftçi”nin bir həftə sonra çempionlar liqasında oyunu var. “Neftçi” texniki və fiziki cəhətdən bizdən hazırlıqlı görünürdü.

Oyundan oyuna inkişaf etmək və belə rəqibləri məğlub etmək üçün çalışacağıq. Yenidən əsas komandada olmaq üçün çalışdım. Ümid edirəm ki, hər şey qaydasında olar və azarkeşlərimi oyunumla məmnun edərəm”.

Həmin kateqoriyadan