- Baxış sayı: 29
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Turan Tovuz” futbol akademiyasında “C” dərəcəli məşqçi kursları başa çatıb. Allsport.az saytı xəbər verir ki, qərb regionundan olan 18 məşqçinin qatıldığı kurslarda 6 inspektor məşqçilərin bilik və bacarıqlarının artırılması üçün nəzəri və praktiki dərslər keçib.
AFFA-nın dəstəyi və Qərb regional futbol federasiyasının təşkilatçılığı ilə keçirilən dərslərə rəhbərlik edən inspektorlar məşqçilərin hazırlanmasında yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə QRFF tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Təşəkkürnamələri QRFF-nin prezidenti Nadir Nəbiyev təqdim edib. Təltif olunan inspektorlar bunlardır: Aslan Kərimov, Osman Rəhimov, İlham Əzizzadə, Zamir Həsənov, Anar Salmanov və Cahangir Həsənzadə.