“Turan Tovuz”dan 17-ci keçid

Yeni rəqabətdə premyer liqada çıxış edəcək “Turan Tovuz”, heyətinə növbəti futbolçunu cəlb edib. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu “Sabah”dan Nazim Həsənzadəni icarəyə götürüb. Yarımmüdafiəçi 1 mövsüm Tovuzda qalacaq.

“Turan Tovuz” buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov,  Veysəl Rzayev, Xəyal Nəcəfov, Turan Vəlizadə, Eltun Turabov, Ehtiram Şahverdiyev, Piruzi Marakvelidze, İmeda Aşortia, Ayxan Hüseynov, Cavid Tağıyev, Vüsal Məsimov və Natan Oduvanı heyətə qatıb.

Həmin kateqoriyadan