“Turan Tovuz”un rəqibi dəyişdi

Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz”un hazırlıq planında dəyişiklik olub. Allsport.az xəbər verir ki, komanda yanvarın 17-də Polşanın “Qurnik” klubu ilə deyil, Qazaxıstsn təmsilçisi “Jetisu” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

İlk yoldaşlıq matçında Rumıniya “Petrolul”una uduzan (2:3) “Turan Tovuz” ikinci oyununda İsveçrənin “Aarau” klubunu üstələyib- 1:0. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.

Həmin kateqoriyadan