- Baxış sayı: 7
- 19 İyun 2026 20:30
- Baxış sayı: 8
- İyun 19, 2026
- 0

“Bursaspor” millimizin futbolçusu Namiq Ələsgərov ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, Türkiyənin 1-ci liqa təmsilçisi bununla bağlı Tvitter səhifəsində paylaşım edib.
26 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın detalları barədə bilgi verilməyib. O, 2017-ci ildən “Neftçi”də çıxış edib. 2020/2021-ci il mövsümündə Azərbaycan premyer liqasının qalibi olub.
Futbolçu həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.