Türkiyə saytı: Şeydayev “Qarabağ”da 2-ci dönəmini yaşayır

Türkiyənin trtspor.com.tr saytı “Qarabağ”ın futbolçusu Ramil Şeydayev haqda yazıb. Allsport.az xəbər verir ki, portalın “İndi haradadır?” bölməsində, bu dəfə millimizin üzvünə yer verilib. 2016-2018-ci illərdə “Trabzonspor”a məxsus olan və burada cəmi 3 oyun keçirən həmyerlimizlə bağlı bunlar qeyd olunub:

“Sankt-Peterburq doğumlu olan Şeydayev peşəkar karyerasına  Rusiyada başlayıb. “Zenit”in ikinci komandasında və “Rubin”də oynayan azərbaycanlı hücumçu 2016-cı ildə hələ 20 yaşında ikəm “Trabzonspor”la müqavilə imzaladı.

Burada gözlədiyi şansı tapa bilməyən oyunçu Türkiyə karyerasında cəmi 3 rəsmi oyuna çıxdı. Qarşıdakı illərdə “Jilina” və “Qarabağ”da icarə əsasında oynamış forvard, 2018-ci ildə “Krılya Sovetov”la müqavilə imzalayaraq Rusiyaya qayıtdı.

Rusiyada bir mövsüm də  “Dinamo” (Moskva) klubunda oynayan Şeydayev 2020-ci ildə “Sabah”a keçərək yenidən Azərbaycan premyer liqasında oynamağa başladı. 26 yaşlı hücumçu hazırda ötən yay müqavilə imzaladığı “Qarabağ”da 2-ci dönəmini yaşayır”. 

Həmin kateqoriyadan