UEFA-nın məşqçi təlimatçıları üçün seminar

Aprelin 25-dən 27-dək Bakıda UEFA-nın təşkilatçılığı ilə məşqçi təlimatçılarının inkişaf seminarı olacaq.  Allsport.az saytı xəbər verir ki, məşğələdə Albaniya, Belarus, Farer adaları, Cəbəllütariq, Moldova, San Marino və Uelsdən olan təlimatçılar iştirak edəcək.

UEFA-nın Grassroots Mentoru Les Hovie tərəfindən keçiriləcək toplantıda ali qurumdan Ghenadie Scurtul və Tibor Sisa rəhbərlik edəcəklər. Seminara AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar qatılacaqlar.

Həmin kateqoriyadan