- Baxış sayı: 36
- 18 İyul 2025 20:33
- Baxış sayı: 215
- İyul 17, 2025
- 0
Bakı kristal zalında “UFC döyüş gecəsi” baş tutub.
Allsport.az xəbər verir ki, gecədə 12 döyüş keçirilib.
Onlardan 3-ü Azərbaycan təmsilçilərinin iştirakı ilə olub.
Nazim Sadıxov braziliyalı Nikolas Mottanı ikinci raundda nokautla məğlub edib.
Rafael Fiziyev Çilidən olan İqnasio Baxamondes üzərində hakimlərin qərarı ilə qalib gəlib.
Tofiq Musayev isə UFC-də debüt qarşılaşmasında qırğızıstanlı Mıktıbəy Orolbəyə ilk raunddaca uduzub.
“UFC döyüş gecəsi”
İlkin sıralama
1) Yarım yüngül çəki: İrina Alekseeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa) – Siqula hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 30:27, 30:27, 30:27.
2) Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels) – Sok Hyön Ko qalib gəlib.
3) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Osman (11-4-0, Nigeriya) – Osman hakimlərin qərarı ilə qələbə qazanıb.
4) Yarım yüngül çəki: Melissa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya) – Jeleznyakova hakimlərin qərarı ilə qalib gəlib – 29:28, 30:27, 30:27.
5) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya) – Pak Çun Jon qalib gəlib.
6) Super yüngül çəki: Tahir Ulanbəyov (16-2-0, Rusiya) – Maksum Azad (17-1-0, Qazaxıstan) – Ulanbəyov hakimlərin qərarı ilə qələbə qazandı – 29:28, 30:27, 30:27.
Əsas sıralama
7) Yarım yüngül çəki: Məhəmməd Nayimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya) – Nayimov hakimlərin qərarı ilə qələbə qazanıb – 29:28, 29:28, 29:28.
8) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) – Sadıxov rəqibini 2-ci raundda nokaut edib.
9) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) – Bleyds hakimlərin qərarı ilə qələbə qazanıb.
10) Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) – Mıktıbəy Orolbəy (13-2-1, Qırğızıstan) – Musayev ilk raunnda təslim olub. Rəqibi ona ağrıdoğurucu fəndlə qalib gəlib.
11) Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) – Hakimlər hər üç raundda Fiziyevə 30:27 hesablı üstünlük verib.
12) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xəlil Rauntri Jr (14-6-0, ABŞ) – hakimlərin qərarı ilə Rauntri qalib gəlib.