“Ümumi yükləmələrin öhdəsindən gəldik”

“Sumqayıt” evdə yoxlama oyununda “Zirə”ni 1:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:

“Konfrans liqasında mübarizənı dayandırdıqdan sonra, bütün komanda olaraq çempionatın startına köklənmişik. İlk tur öncəsi bu yoxlama oyunu bizim üçün olduqca vacib idi. “Zirə” ilə matça bütün futbolçularımı iş başında görməklə onların son durumlarının hansı səviyyədə olduğunu izlədik.

Sevindirici haldır ki, ağır təlim-məşq toplanışı və vacib avrokubok qarşılaşmalarından sonra komandam yorğun olsa da, ümumi yükləmələrin öhdəsindən gəldi. Növbəti həftəyə qədər daha da hazır olmağa çalışacağıq”. 

Həmin kateqoriyadan