- Baxış sayı: 30
- 22 İyun 2026 20:27
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

Urfan Abbasov “Qəbələ” ilə premyer liqada 200-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, onun yubileyi 25-ci tura təsadüf edib.
“Zirə” ilə səfər matçında start heyətində meydana çıxan müdafiəçi, 34-cü dəqiqədə zədələnərək əvəzlənib.
“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Urfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya bu mövsümün startı öncəsi qayıdıb.
O, ümumilikdə 4 qol vurub. Bu matçda “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.