“Üzərimizdəki psixoloji gərginliyi atmaq üçün, bu 3 xal çox vacib idi”

“Keşlə” premyer liqanın 24-cü turunda evdə “Səbail”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfrasnında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov fikrini bildirib:

“Stressli matç oldu, hər iki komandanın turnir cədvəlindəki vəziyyəti bəlli idi. Həm biz, həm də “Səbail qapılar qarşısında qol epizodları yaratdı. Son günlər məqşlərdə ciddi hazırlaşmışdıq və oyuna nəzarət etməyə çalışdıq.

İstənilən halda, sevinirəm ki, futbolçular tapşırıqları yerinə yetirdi və qalib gəldik. Üzərimizdəki psixoloji gərginliyi atmaq üçün, bu gün qazanılan 3 xal çox vacib idi. Futbolçularımı təbrik edirəm”.

Həmin kateqoriyadan