“Vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edir”

“Növbəti dəfə rəqibi təbrik edirəm. Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda yaratdığımız və yarada biləcəyimiz epizodlarda yararlanmaq çox çətindir”.

Allsport.az saytı xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa premyer liqanın 22-ci turunda evdə “Qarabağ”a 0:3 uduzduqları matçdan sonra mətbuat konfransında deyib. Belaruslu mütəxəssis, hücumdan müdafiədə çətinlik yaşadıqlarından gileylənib:

“Bu isə hazırda istənilən baş məşqçi üçün çox çətindir. Bunun üçün ustalıq səviyyəsi lazımdır, gərək top itirməyəsən və futbolçularda inam olmalıdır. Lakin vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edir. Ola bilər ki, hansısa oyunda müdafiədə səhv buraxmayaq, amma hazırda bu çətindir”.

Həmin kateqoriyadan