- Baxış sayı: 42
- 09 Oktyabr 2024 18:38
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
“Bu gün Göygöl olimpiya idman kompleksində boks millisinin təlim-məşqləri başlayır. Fiziki, texniki və taktiki hazırlığı üzərində çalışacağıq. Məqsədimiz komandanı yoxlamaq və Nalçikdə Rusiya, Polşa və Qafqaz ölkələrinin boksçularının iştirakı ilə keçiriləcək yoldaşlıq görüşlərinə sınamaqdır”.
Allsport.az saytı xəbər verir ki, bunu baş məqçisi Vaqif Şirinov Azərtac.az-a müsahibəsində deyib. Mütəxəssisin sözünə görə, fevralda Bolqarıstanda “A” kateqoriyalı yarışa yollanacaqlar:
“Beynəlxalq turnir ərəfəsində idmançılarımızın potensialını bir daha nəzərdən keçirəcəyik. Təlim-məşqlərdə əsas məqsəd Bolqarıstanda 40-dan çox ölkənin iştirak edəcəyi yarışda komandanın yüksək səviyyədə çıxışını təmin etməkdir. Toplanışa 30 boksçu qatılacaq. Komandanın Göygöldə hazırlığı yanvarın 27-dək davam edəcək”.