“Vaşaş”ın baş məşqçisi “Neftçi” ilə oyun barədə nə dedi?

Macarıstanın “Vaşaş” klubunun baş məşqçisi Elemer Kondaş Antalyada “Neftçi”yə (1:1) qarşı keçirilmiş yoxlama görüşünü şərh edib. Allsport.az xəbər verir ki, klubun rəsmi saytına danışan macar mütəxəssis bunları deyib:

“Neftçi”yə qarşı yaxşı oyun keçirdik və məqsədimizə çatdıq. Hər iki hissədə məşqdə çalışdıqdığımız elementləri göstərdik. Şadam ki, hər iki hissədə çoxlu qol şansları yarada bildik. Lakin onların həyata keçirilməsində problemlər yarandı.

İlk hissədə qapıçımızın buraxılan qoldan başqa heç bir işi yox idi. “Neftçi”nin qolkiperi isə ilk yarıda bir neçə dəfə oyuna qoşulmalı oldu. Çox gözəl epizodları ilə yadda qalan oyundan razı qaldım”.

Həmin kateqoriyadan