- Baxış sayı: 31
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov premyer liqada 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, bu, 22-ci turun “Qarabağ”la görüşünə (1:4) təsadüf edib.
O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/15 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib. O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb.
Xəyala qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub. Nəcəfov 100 matçda 2 qol vurub.