“Xəzər-Lənkəran”ın fəxri prezidenti yeni gəmisinə Məmməd Əmin Rəsulzadənin adını verib

«Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!». Allsport.az saytı xəbər verir ki, bu misranı Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov şəxsi İnstaqram hesabında payalaşıb. O, yeni müjdəli bilgini izləyicilərlə bölüşərək, gələn ilin martından Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəminin sularda görünəcəyini deyib:

“Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. “Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi.

Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. «Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!» deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun! Bütün Türk dünyasına”.

Həmin kateqoriyadan