Yakubunun “Qarabağ”a transferi baş tutmadı

Portuqaliyanın “Vitoriya” klubunun hücumçusu Abdul-Əziz Yakubunun “Qarabağ”a transferi baş tutmayıb. Allsport.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə ilkin razılığa gəlinsə də, klub 5-6 gündür transferi açıqlamır.

Artıq qanalı forvard instaqram hesabında Ağdam klubunu izləmir. Futbolçu tibbi müayinədən keçə bilmədiyi üçün “köhlən atlar” onunla müqavilə imzalamayıb.

Gənc hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın “Eştoril” klubuna keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın premyer liqaya yüksəlməsində pay sahibi olub.

Həmin kateqoriyadan