“Yalnız qələbə haqda düşünürük”

Konfrans liqasının 2-ci təsnifatında “Neftçi” evdə Kiprin “Aris” klubu ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, komandamızın kapitanı Emin Mahmudov matçdan öncə bunu söyləyib:

“Məncə, bu oyunun vacibliyi haqda çox danışmağa ehtiyac yoxdur. İlk matçla müqayisədə sabah meydana daha istəkli, daha aqressiv çıxmalıyıq.

Yalnız qələbə haqda düşünürük. “Aris” yaxşı, aqressiv komandadır. Növbəti mərhələyə keçmək üçün daha yaxşı oyun nümayiş etdirməliyik”.

Həmin kateqoriyadan