“Yaranmış vəziyyətlə bağlı nikbinliyimizi də itirmişik”

“Neftçi” premyer liqanın ilk turunda evdə “Qəbələ” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov sülhə belə münasibət bildirib:

“Çempionatın açılış oyunu idi. Bundan artığını gözləmirdik 4 gün sonra vacib matça çıxacağıq. Uşaqlar əllərindən gələni etdilər. Bəzilərinə həddindən artıq yük düşür. Amma bunun qarşısını ala bilmirik.

Axırın necə olacağını bilmirik. Yaranmış vəziyyətlə bağlı nikbinliyimizi də itirmişik. Konfrans liqasında İsrailin “Makkabi” klubuna qarşı yaxşı oynamaq niyyətindəyik. Oyunçular sağ olsun, bu gün əllərindən gələni etdilər”.

Həmin kateqoriyadan