- Baxış sayı: 40
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 263
- Noyabr 09, 2026
- 0

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına açıqlama verib. Allsport.az xəbər verir ki, kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb:
“Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir”.