“Yeni futbolçuların tam uyğunlaşması üçün vaxt lazımdır”

“Sabah” premyer liqasının 2-ci turunda səfərə “Sumqayıt”a 0:2 məğlub olub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ramin Quliyev yenilgiyə belə şərh verib:

“Bu gün oturuşmuş bir komandaya qarşı oynadıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Heyətimizdə itkilər var idi. Təəssüf ki, bu oyunda müxtəlif səbəblərdən əsas heyətin 5 üzvünün xidmətindən istifadə edə bilmədik.

Komandamız yeni yığılıb. Yeni futbolçuların tam uyğunlaşması üçün vaxt lazımdır. Qarşıda milli komandanın oyunlarıyla bağlı 20-günlük fasilə olacaq. Bu müddətdən səmərəli istifadə etməyə çalışacağıq”.

Həmin kateqoriyadan