Yığmamız hazırlığa başladı

Mini-futbol üzrə millimiz baş məşqçi Elşad Quliyevin rəhbərliyi ilə iyulun 1-dən etibarən Böyükşor bulvarında yerləşən “Azfar Group” stadionlarında təlim-məşq toplanışına start verib.

Allsport.az saytı xəbər verir ki, komandamız oktyabrın 30-dan noyabrın 6-na qədər Slovakiyanın Koşitse şəhərində Avropa çempionatında iştirak edəcək
 
Hazırda millinin heyətində Hüseyn Axundov, Tural Nərimanov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Ramil Həsənzadə, Asif Zeynalov və İlkin Hacıyev kimi sabiq futbolçu və futzalçılar var.

Həmin kateqoriyadan