Yığmamızın rəqibi Amerika kubokundan imtina etdi

Bu il keçiriləcək Amerika kuboku turnirində 10 komanda iştirak edəcək. Allsport.az xəbər verir ki, Digər qitələrdən dəvət alan iki ölkə – Qətər və Avstraliya milliləri turnirə qatılmaqdan imtina ediblər.

Kolumbiya və Argentinanın birgə ev sahibliyi edəcəyi Amerika kuboku turniri iyunda keçiriləcək. Amerika kubokunda Argentina, Kolumbiya, Çili, Braziliya, Ekvador, Paraqvay, Boliviya, Venesuela, Uruqvay və Peru iştirak edəcək.

Qətər yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla bir qrupda mübarizə aparacaq. Qətərlilər martın 27-də Azərbaycan yığması ilə qarşılaşacaq.

Həmin kateqoriyadan