“Yunanlar bu cür fürsətləri 100 faiz bağışlamaz”

Çempionlar liqasının 1-ci təsniaft mərhələsinin cavab matçında Gürcüstanın “Dinamo” klubuna qalib gəlib gələn (2:1) “Neftçi”nin baş məşqçisi Samir Abbasov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, növbəti mərhələyə yüksəlməkləri barədə danışıb:

“Azarkeşlərimiz üçün darıxmışdıq. Onlar bizi tək qoymadılar. Bu, möhtəşəm idi. Futbolçular ayrı-ayrılıqda sağ olsunlar. Fasilədən sonra ağır oyunlara çıxmaq həyəcanlı idi. Bunun da öhdəsindən gəldilər. Bəzi epizodlar ürəkaçan olmadı. Amma bu, oyundan-oyuna yaxşılaşacaq. Komanda gücləndikcə daha yaxşı olacağıq. Hər iki oyun o qədər ürəkaçan olmadı. Amma bunu başa düşmək olar. Azarkeşlərimizi də təbrik edirik. Əsas nəticə idisə, futbolçular da bunu əldə etdilər. Ümid edək ki, növbəti mərhələdə “Olimpiakos” da bizi bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bu cür fürsətləri yunanlar yüz faiz bağışlamaz”

Həmin kateqoriyadan