“Yüz faizlik qol imkanı yarada bilməsək də…”

“Zirə” ölkə kubokunu 1/2 finalının ilk görüşündə evdə “Neftçi” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov bunu deyib:

“Yarımfinala yaraşan oyun keçdi. Hər iki komanda istəkli idi, səhv etməkdən qorxurdu. İlk dəqiqələrdən pressinq edirdik. Yaxşı hücumlarımız oldu. Yüz faizlik qol imkanı yarada bilməsək də, imkanlarımız var idi.

Futbolçuların çıxışından çox razıyam. Oyunu yüksək səviyyədə keçirdilər. İkili oyunlardır. Qarşıda bizi cavab matçı gözləyir. Ona qədər çox önəmli çempionat oyunumuz var”.

Həmin kateqoriyadan