- Baxış sayı: 56
- 12 May 2025 23:43
- Baxış sayı: 73
- May 13, 2025
- 0
Azərbaycan kikboksçusu Zabit Səmədovun 2017-ci ildə nokauta saldığı belçikalı Frederik Sinistra vəfat edib. Allsport.az saytı xəbər verir ki, 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada COVİD-19-dan dünyasını dəyişib.
O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Frederik yaşının və fiziki durumunun onu qoruyacağını iddia edirdi.
Sinistra 2017-ci ildə Türkiyədə Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.