- Baxış sayı: 29
- 27 Aprel 2025 13:42
- Baxış sayı: 44
- Aprel 27, 2025
- 0
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.
Turnirin son günündə Zidan Hümbətov (54 kq) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.
Ondan öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.