“Zirə” heç-heçəyə razılaşdı

Azərbaycan premyer liqasında IV turun daha bir oyunu keçirilib.

Allsport.az xəbər verir ki, günün ikinci matçında “Zirə” “Sabah”ı qəbul edib.

Zirə idman kompleksinin stadionunda keçirilmiş qarşılaşma 1:1 ilə yekunlaşıb. “Zirə”nin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. Şpiro Periçiç isə 83-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub. O, zərbə endirən zaman qapıçı Mehdi Cənnətova təmas etsə də, baş hakim İnqilab Məmmədov mərkəzi göstərib.

Xallarının sayını 5-ə çatdıran “qartallar” 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan “Sabah” isə 7-ci yerdədir.

Həmin kateqoriyadan