“Zirə” ilə matça itkilərlə

Premyer liqanın 26-cı turunda “Zirə”ni qəbul edəcək “Qarabağ”, oyuna ciddi itkilərlə çıxacaq.

Allsport.az saytı xəbər verir ki, 25-ci turda “Sabah”la oyunda (1:1) qırmızı vərəqə ilə meydandan qovulan Patrik Andrade və mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan Qara Qarayev bu matçı buraxacaqlar.

Zədə səbəbindən son 2 görüşə çıxmayan kapitan Maksim Medvedevin də iştirakı sual altındadır.

Mayın 8-d qarşılaşma saat 20:15-də başlayacaq. Xatırladaq ki, “Qarabağ” ötən tur “Sabah”la görüşdə çempionluğunu rəsmiləşdirib.

Həmin kateqoriyadan